Bakı. Trend:
HƏMAS oktyabrın 30-da Qəzza zolağında hərbi əməliyyatlar zamanı həlak olmuş iki israilli girovun cəsədini İsrailə təhvil verməyə hazırlaşır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Qəzzada iki girovun cəsədinin qarşı tərəfə təhvil verilməsinə hazırlıq aparılır
Bu həftənin əvvəlində HƏMAS iki girovun cəsədini aşkarladığını lakin İsrailin atəşkəsi pozmasını əsas gətirərək, onları dərhal təhvil verə bilmədiyini bildrimişdi.
İsrail mediasının yazdığına əsasən, hal-hazırda Qəzzada 13 israilli girovun meyiti qalmaqdadır.
