Bakı. Trend:
Rusiyanın Tambov, Yaroslavl və Volqoqrad şəhər hava limanlarında hava gəmilərinin qəbulu və buraxılışına qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat katibi Artyom Korenyako öz “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hava limanlarında hava reysləri uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə dayandırılmışdı.
Qeyd edək ki, oktyabrın 31-ə keçən gecə Rusiyanın Kaluqa şəhər aeoportunda da qeyri-uçuş zonası tətbiq olunmuşdu.
 
                                     
                                    