Bakı. Trend:
İspaniyanın Əndəluz muxtar bölgəsində yerləşən hərbi hissədə partlayış baş verib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, partlayış nəticəsində bir hərbçi həlak olub, bir nəfər isə yaralanıb. İnsident “İspan Legionu”nun qərarlaşdığı hərbi hissədə yer alıb.
Partlayışın səbəbi hələ ki, məlum deyil. İlkin versiyaya görə, hadisə partlayıcı qurğunun detonasiyası nəticəsində baş verib.
 
                                    