...

Bolqarıstan 2026-cı ildə avrozonaya daxil olacaq

Dünya xəbərləri Materials 1 Noyabr 2025 05:46 (UTC +04:00)
Bolqarıstan 2026-cı ildə avrozonaya daxil olacaq

Bakı. Trend:

Bolqarıstan 2026-cı il yanvarın birindən avroya keçəcəyini təsdiqləyib.

Trend-in məlumatına görə, ölkə 2018-ci ildə Avropa İttifaqına sədrliyinin son günündə avroya keçidlə bağlı rəsmi müraciət etmişdi. Keçid 2 dəfə təxirə salınıb. İyulun 8-də Avropa Parlamenti Bolqarıstanın avrozonaya qoşulmasının lehinə səs verib.

Avroya keçid həm də rəsmi Sofiyanın Maastrix sazişindən irəli gələn öhdəlikləri tam yerinə yetirməsi anlamına gəlir.

Hazırda avrodan Avropa İttifaqına üzv 20 ölkə istifadə edir. Andorra, Monako, San-Marino və Vatikan ittifaqa üzv olmasalar da, Avropa Mərkəzi Bankının razılığı əsasında vahid valyutadan yararlanırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti