Bakı. Trend:
Bəzi ölkələrdə süni intellekt (Sİ) əsaslı Grok çatbotunun fəaliyyəti dayanıb.
Trend xəbər verir ki, bunu Downdetector portalının məlumatları göstərir.
Ən çox şikayətlər ABŞ-dəki istifadəçilərdən daxil olub – 1400-dən çox. Onların 63 faizi mobil tətbiqlərin, 36 faizi isə veb versiyanın işləmədiyini bildirib.
Grok çatbotunun fəaliyyətində oxşar nasazlıqlar Avstraliya, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya və digər ölkələrdə də müşahidə olunub.
