Bakı. Trend:
İtaliyanın Cənubi Tirol bölgəsində baş verən güclü qar uçqunu nəticəsində beş alman alpinist həlak olub.
Trend xəbər verir ki, dağ-xilasetmə xidmətinin məlumatına əsasən, itkin düşənlərdən üçünün – iki kişi və bir qadının cəsədi artıq tapılaraq çıxarılıb.
Fəlakət 3500 metr yüksəklikdə yerləşən Vertain zirvəsi yaxınlığında qeydə alınıb. Alpinistlər iki qrup halında hərəkət edirmiş: birinci qrupun üç üzvü tamamilə qar altında qalıb, ikinci qrupdan isə iki nəfər sağ qurtulmağı bacarıb.
Hadisə yerində helikopter, dronlar, xilasedicilər, polis və yanğınsöndürmə xidməti əməkdaşları axtarışlara cəlb olunub.
Cənubi Tirol bölgəsi alman turistlər arasında ən populyar dağ yürüşü istiqamətlərindən biri kimi tanınır.
