Bakı. Trend:
İsrail Qəzza zolağının Səhiyyə Nazirliyinə daha 45 fələstinlinin nəşini təhvil verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyinin rəsmi “Telegram” kanalında məlumat yayılıb.
Ümumilikdə, atəşkəs razılaşması çərçivəsində və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Fələstin anklavına 270 nəfərin meyiti qaytarılıb.
Nazirliyin məlumatına görə, onlardan 78-nin şəxsiyyəti artıq müəyyən edilib.
