...

Kamçatkada gün ərzində növbəti güclü zəlzələ baş verib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 4 Noyabr 2025 09:42 (UTC +04:00)
Kamçatkada gün ərzində növbəti güclü zəlzələ baş verib (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kamçatkada gün ərzində növbəti güclü zəlzələ baş verib. Bu dəfə onun maqnitudası öncəkindən daha güclü – 6,3 bal olub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkan Bakı vaxtı ilə 08:45 qeydə alınıb və episentri Petropavlovsk-Kamçatsk şəhərindən 158 kilometr aralıda, yerin 38,2 km dərinliyində olub.

Qeyd edək ki, bundan bir neçə saat əvvəl Kamçatkada 6,2 bal gücündə zəlzələ qeydə alınmışdı. Sunami təhlükəsi elan edilməyib.

xxx

08:27

Kamçatka ərazisində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 168 kilometr məsafədə, 50,4 kilometr dərinlikdə yerləşib.

Xəbər lenti

Xəbər lenti