...

“Microsoft” Birləşmiş Ərəb Əmirliklərinə 8 milyard dollar sərmayə yatıracaq

Dünya xəbərləri Materials 4 Noyabr 2025 08:53 (UTC +04:00)
“Microsoft” Birləşmiş Ərəb Əmirliklərinə 8 milyard dollar sərmayə yatıracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin “Microsoft” korporasiyası Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) məlumatların emalı mərkəzlərinə, bulud hesablamalarına və əməkdaşlara 2029-cu ilədək 8 milyard dollar xərcləməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, bu sərmayə BƏƏ-ni qlobal texnologiya mərkəzinə çevirmək məqsədi daşıyır. Ümumilikdə “Microsoft” 2023-cü ildən 2029-cu ilədək Körfəz ölkəsinə 15,2 milyard dollar həcmində investisiya yatırmağı planlaşdırır.

Şirkətin prezidenti Bred Smit bildirib ki, “Microsoft” 2026-cı ilin əvvəlindən 2029-cu ilədək BƏƏ-də bulud və süni intellekt infrastrukturlarının inkişafına 5,5 milyard dollardan çox vəsait ayırmağı nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti