Bakı. Trend:
"Dongfeng" şirkəti artıq satışda olan 007 liftbek modelinin yeni versiyasını sertifikatlaşdırıb.
Trend xəbər verir ki, bu barədə “CarNewsChina” məlumat yayıb.
Yeni elektrik-hibrid versiyada hər təkərə ayrıca mühərrik qoşulub. Hər təkər SAIC tərəfindən hazırlanmış elektrik mühərriki ilə təchiz olunub və hər biri 100 kVt (136 at gücü) istehsal edir. Nəticədə avtomobilin ümumi gücü 544 at gücünə çatır.
Məlumata görə, bu versiya bazara çıxdığı təqdirdə, 007 təkcə Çində deyil, həm də dünyada hər təkərində ayrıca mühərrik olan ilk kütləvi istehsal olunan elektrik avtomobili olacaq.
