...

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

Dünya xəbərləri Materials 12 Noyabr 2025 18:00 (UTC +04:00)
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanada Rusiyaya qarşı tətbiq etdiyi məhdudlaşdırıcı ölçülər siyahısını genişləndirib. “Qara siyahıya” daha 13 fiziki və 11 hüquqi şəxsin adları daxil edilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Anita Anand bəyan edib.

“Sanksiyalar siyahısına 13 fiziki və 11 hüquqi şəxs daxil edilib, onların arasında Rusiyanın pilotsuz uçuş aparatları proqramının hazırlanması və tətbiqi ilə əlaqəli olanlar da var,” – məlumatda qeyd olunur.

Bundan əlavə, Kanada Rusiyanın Ukraynaya qarşı “hibrid strategiyalarında” istifadə etdiyi kiberinfrastrukturu təmin edən şirkətlərə qarşı da sanksiyalar tətbiq edib. Sanksiya siyahısına həmçinin mayeləşdirilmiş təbii qazla (LNG) məşğul olan şirkətlər və 100 Rusiya gəmisi daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti