Tramp 2026-cı ildə Davosa səfər etməyi planlaşdırır

Dünya xəbərləri Materials 13 Noyabr 2025 23:58 (UTC +04:00)
Tramp 2026-cı ildə Davosa səfər etməyi planlaşdırır

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp 2026-cı ildə İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda (DİF) iştirak etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, bu addım iki ölkənin ticarət razılaşması ilə bağlı danışıqları fonunda ABŞ və İsveçrə arasında münasibətlərin yaxşılaşdığını göstərir. ABŞ prezidentinin iqtisadi foruma böyük bir nümayəndə heyəti ilə qatılması gözlənilir. 2025-ci ildə Tramp DİF-də videobağlantı vasitəsilə iştirak edib.

"DİF Prezident Tramp da daxil olmaqla, G20 ölkələrinin dövlət və hökumət başçılarını 2026-cı ildə keçiriləcək illik iclasına dəvət edib. Təsdiqlənmiş iştirakçıların dəqiq siyahısı iclasdan bir həftə əvvəl dərc olunacaq", - deyə Forumdan bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti