...

Google-a istifadəçiləri gizli izləmə ittihamı ilə iddia qaldırıldı

Dünya xəbərləri Materials 14 Noyabr 2025 09:27 (UTC +04:00)

Bakı. Trend:

Kalifornia federal məhkəməsində "Google"a qarşı istifadəçilərinin əlavə razılıq olmadan izlənməsinə dair iddia qaldırılıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, iddianaməyə görə, şirkətin süni intellekt modeli "Gemini" istifadəçi məlumatlarına — "Gmail", "Chat" və "Meet" vasitəsilə — razılıq tələb etmədən çıxış əldə edib.

İddianamənin əsas məqamları:

"Google" ilkin mərhələdə "Gemini" xidmətini "seçim" kimi təqdim edib; oktyabr ayında isə bu xidmətin avtomatik olaraq aktiv edildiyi bildirilir.

İddiaçılar bu davranışı Kaliforniyanın Gizliliyə Müdaxilə Qanununa («CIPA») zidd sayırlar. Qanuna əsasən, hər iki tərəfin razılığı olmadan əlaqənin qeyd edilməsi və ya dinlənilməsi qadağan edilir.

"Gemini" əvvəllər də mübahisə mövzusu olub — model səs, video, tekst və kod ilə işləyən multimodal funksiya daşıyır və müxtəlif ölkələrdə təhlükəsizlik riski olaraq qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti