Bakı. Trend:
Rusiya-Ukrayna müharibəsinin sonu beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunuBMT-nin Baş katibi Antoniu Quterreş deyib.
“Düşünürəm ki, hələ də həll yolundan çox uzağıq", - Quterreş bildirib.
Baş katib həmçinin vurğulayıb ki, ABŞ Qəzza zolağında humanitar yardımın çatdırılmasına maneələrin aradan qaldırılmasında mühüm rol oynayıb.