Bakı. Trend:
İsrail baş naziri Binyamin Netanyahu nazirlər kabinetinin büdcə məsələlərinə həsr olunmuş iclasında “Mossad”ın (kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən İsrail xüsusi xidmət orqanı-red.) növbəti rəhbərinin adını elan edib.
Trend bu barədə İsrail KİV-ə istinadən xəbər verir.
Məlumata görə, xüsusi xidmət orqanının başına general mayor Roman Hofman gətirilib.
Hofman hərbi karyerasına İsrail Müdafiə Qüvvələrinin (IDF) Zirehli Korpusundan başlamış və pillə-pillə karyerada yüksəlib, bir müddət diviziya komandiri olub.
“Hofman yüksək səviyyədə fərqlənmiş bir zabitdir,” “Müharibənin ən qızğın vaxtında baş nazirin hərbi katibi təyin olunması onun qeyri-adi peşəkar bacarıqlara malik olduğunu sübut etdi” – deyə Netanyahunun ofisinin açıqlamasında bildirilir.
