...

Belarus nüvə istehsalının genişləndirilməsi planlarını BAEA-ya təqdim edib

Dünya xəbərləri Materials 6 Dekabr 2025 00:54 (UTC +04:00)
Belarus nüvə istehsalının genişləndirilməsi planlarını BAEA-ya təqdim edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belarus Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) ölkədə nüvə istehsalının genişləndirilməsi planları barədə məlumat verib.

Trend xəbər verir ki, məlumat Belarus Xarici İşlər Nazirliyi tərəfindən yayımlanıb.

Bildirilib ki, dekabrın 5-də xarici işlər nazirinin müavini İqor Sekret BAEA-nın direktoru Rafael Qrossi ilə görüşüb.

Görüş zamanı İ. Sekret Rafael Qrossiyə Belarusda enerji istehlakının proqnozlaşdırılan artımına uyğun olaraq nüvə istehsalının genişləndirilməsi planları barədə məlumat verib və ölkəsinin nüvə enerjisi proqramının bütün mərhələlərində BAEA ilə əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti