Bakı. Trend:
ABŞ-nin Şimali Karolina ştatında yerləşən Steytsvill regional hava limanında eniş etməyə cəhd göstərən “Cessna C550” tipli biznes təyyarəsi qəzaya uğrayıb.
Trend bu barədə ABC News telekanalına istinadən məlumat yayıb.
ABŞ Federal Mülki Aviasiya İdarəsi hadisəni təsdiqləyib, lakin insidentlə bağlı əlavə təfərrüat açıqlanmayıb.
Məlumata görə, təyyarə yerə çırpıldıqdan sonra partlayıb. Hazırda hadisə yerində yanğınsöndürənlər də daxil olmaqla təcili yardım xidmətlərinin əməkdaşları çalışırlar.
Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
