Bakı. Trend:
Gürcüstan Daxili İşlər Nazirliyi sabiq Baş prokuror Otar Romanov-Partsxaladze barəsində cinayət işi açıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze mətbuata açıqlama verib.
Məlumata görə, keçmiş Baş prokuror mart ayında Tbilisinin mərkəzində iş adamı Levan Canqveladzenin qətlini təşkil etməkdə ittiham olunur.
Levan Canqveladze, kriminal avtoritet Merab Canqveladzənin qardaşıdır, 14 mart 2025-ci il tarixində Tbilisinin İliya Çavçavadze prospektində öldürülüb. Qatil ona atəş açıb və hadisə yerindən qaçıb. Bundan sonra hüquq-mühafizə orqanları Gela Udzilaurini saxlayıb. Ona sifarişli qətldə iştirak etmək ittihamı irəli sürülüb. Tbilisi Şəhər Məhkəməsi oktyabr ayında Udzilaurini ömürlük həbs cəzasına məhkum edib.
“Otar Romanov-Partsxaladze Levan Canqveladzenin qəsdən öldürülməsinə, cinayətkar qrupun lideri kimi rəhbərlik edib”, – deyə Daraхvelidze deyib.
