...

Honqkonqda yanan yaşayış kompleksi yenidən inşa edilməyəcək

Dünya xəbərləri Materials 10 Yanvar 2026 13:45 (UTC +04:00)

Bakı. Trend:

Çin Xalq Respublikasının Honqkonq Xüsusi İdarə Olunan Ərazi rəhbərliyi, 161 nəfərin həyatını itirdiyi faciəvi yanğında zərər görmüş "Wang Fuk" yaşayış kompleksinin yenidən inşa edilməsinin nəzərdə tutulmadığını bildirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Honqkonq maliyyə nazirinin müavini Maykl Vonq Vaylun radio proqramında etdiyi çıxışda, bu ərazinin yenidən inşa edilməsinin praktik olmadığını söyləyib.

Vonq, dünyada bənzər faciələrdən sonra ərazilərin yaşayış üçün yenidən qurulmadığına diqqət çəkərək, "Wang Fuk"un ərazisində yalnız cəmiyyətə xidmət edəcək obyektlərin inşa olnacağını bildirib.

Nazir müavini, yanğında evlərini itirən sakinlərə müxtəlif yerlərdə yenidən yaşayış məntəqəsi və ya maddi kompensasiya variantlarının təqdim ediləcəyini bildirib.

Qeyd edək ki, noyabrın 26-da günorta saatlarında dünyanın ən sıx məskunlaşan və ən çox hündür binaların yerləşdiyi şəhərlərdən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və təxminən 2 min mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarında başladığı və güclü küləyin təsiri ilə sürətlə yayıldığı bildirilib.

Xəbər lenti

Xəbər lenti