...

Təbii fəlakətlərin qlobal iqtisadiyyata vurduğu zərərin həcmi açıqlandı

Dünya xəbərləri Materials 13 Yanvar 2026 16:14 (UTC +04:00)
Təbii fəlakətlərin qlobal iqtisadiyyata vurduğu zərərin həcmi açıqlandı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Təbiət fəlakətlərinin dünya iqtisadiyyatına vurduğu ümumi zərər 2025-ci ildə 224 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin göstəricisindən (inflyasiya nəzərə alınmaqla 368 milyard dollar) təxminən 40% azdır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dünyanın ən böyük təkrarsığorta şirkətlərindən olan “Munich Re”nin dərc etdiyi hesabatda qeyd olunub.

Sığortalanmış zərərin həcmi təxminən 108 milyard dollar olub, halbuki bir il əvvəl bu göstərici 147 milyard dollar təşkil edirdi.

Beləliklə, ümumi zərərin strukturunda sığortalanmış itkilərin payı təxminən 48% təşkil edib. Halbuki uzunmüddətli dövr üzrə orta göstərici təxminən 30% səviyyəsindədir.

Ötən il “pik olmayan risklər” (non-peak perils) adlandırılan kateqoriya üzrə rekord həcmdə sığortalanmış itkilərlə yadda qalıb. Bu kateqoriyaya daşqınlar, meşə yanğınları və güclü fırtınalar daxildir. Sığortalanmış zərər 98 milyard dollar, ümumi iqtisadi itki isə 166 milyard dollar təşkil edib.

Eyni zamanda, son 10 ildə ilk dəfə olaraq ABŞ ərazisində ciddi fəsadlara yol açmış iri qasırğa qeydə alınmayıb.

Ötən ilin iqtisadi zərər baxımından ən böyük təbii fəlakəti Kaliforniyada baş vermiş meşə yanğınları olub. Bu hadisələr nəticəsində 30 nəfər həlak olub, ABŞ iqtisadiyyatına isə 53 milyard dollar zərər dəyib (bu məbləğin təxminən 40 milyard dolları sığortalanmışdı).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti