Bakı. Trend:
"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və trua unsiyası üçün 100 dolları keçib.
Trend xəbər verir ki, bunu ticarət məlumatları təsdiq edir.
Bakı vaxtı ilə saat 19:12-ə olan məlumata görə, bu metalın dəyəri 3.95% artaraq trua unsiyası üçün 100.18 dollara çatıb.
Saat 19:20-də gümüşün qiyməti trua unsiyası üçün 99.68 dollara qədər azalıb (+3.43%).