Bakı. Trend:
İsrail Silahlı Qüvvələri Livanın müxtəlif bölgələrində “Hizbullah”a məxsus hədəflərə növbəti zərbələr endirib.
Trend xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat xidməti açıqlama yayıb.
Açıqlamada bildirilib ki, “Hizbullah”ın atəşkəs rejimini dəfələrlə pozmasına cavab olaraq İsrail Müdafiə Qüvvələri Livanın bir neçə ərazisində “Hizbullah” silahlılarının mövqelərini vurub.