Bakı. Trend:
İtaliyanın İrandakı səfiri Paola Amadei bu gün İran Xarici İşlər Nazirliyinə çağırılaraq ona İranın etirazı elan olunub.
Bu barədə Trend İran XİN-ə istinadən məlumat verib.
Məlumata görə, İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa ölkələri üzrə baş idarəsinin baş direktoru Əlirza Yusifi İtaliyaya İranın etirazını bildirib.
Görüşdə iranlı rəsmi İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) İranın rəsmi silahlı qüvvələrinin bir hissəsi olduğunu bildirib, İİKK-yə qarşı hər hansı ittihamın irəli sürülməsinin mənfi nəticələri haqda xəbərdarlıq edib və İtaliya xarici işlər nazirinin İranla əlaqədə açıqlamasının məqbul olmadığını qeyd edib.
İtaliya səfiri də tez bir zamanda İranın etirazını təmsil etdiyi hökumətə çatdıracağını bildirib.
Xatırladaq ki, İtaliya xarici işlər naziri Antonio Tayani son günlər İİKK-nin terrorçu qruplaşmalar siyahısına salınmasını təklif edəcəyini bildirib.
