...

Rumıniyada mikroavtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb

Dünya xəbərləri Materials 27 Yanvar 2026 21:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniyada PAOK futbol klubunun azarkeşlərini daşıyan mikroavtobus yük maşını ilə toqquşub.

Trend xəbər verir ki, qəza nəticəsində yeddi azarkeş həlak olub, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata görə, mikroavtobus Avropa Liqasının 8-ci turu çərçivəsində PAOK-un “Lion”la oyunu üçün Yunanıstandan Rumıniya ərazisindən keçməklə Fransaya doğru hərəkət edirmiş. Qəza gün ərzində DN6-E70 avtomobil yolunda baş verib.

İlkin məlumatlara əsasən, mikroavtobus ötmə əməliyyatı həyata keçirmək istəyib, lakin öz hərəkət zolağına qayıtmadan qarşıdan gələn, spirtli içkilər daşıyan yük maşını ilə toqquşub. Zərbənin təsirindən mikroavtobus yolun kənarına çıxıb.

Yunanıstan Xarici İşlər Nazirliyi dərhal ölkənin Buxarestdəki səfirliyinə və konsulluq şöbəsinə Yunanıstan vətəndaşlarına və onların ailələrinə bütün zəruri yardımın göstərilməsi barədə göstəriş verib. Səfirliyin xüsusi qrupu hadisə yerinə və yaralıların yerləşdirildiyi xəstəxanalara göndərilir.

Xəbər lenti

Xəbər lenti