...

Yeni Zelandiyada helikopter qəzası baş verdi

Dünya xəbərləri Materials 28 Yanvar 2026 07:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni Zelandiyanın Şimal Adasının cənub-qərbində kiçik helikopterin qəzaya uğraması nəticəsində pilot və göyərtədə olan yeganə sərnişin həyatını itirib.

Trend xarici mediaya istinadla xəbər verir ki, hadisə Vellinqtondan təxminən 40 kilometr şimalda, seyrək məskunlaşmış Pekakariki təpəsi ərazisində baş verib.

Məlumata görə, polis helikopterin avtomatik qəza xəbərdarlıq sisteminin işə düşməsindən sonra hadisə barədə məlumat alıb. Yeddi saat davam edən axtarış-xilasetmə əməliyyatı zamanı helikopterin qalıqları, həmçinin pilot və sərnişinin cəsədləri aşkar edilib.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Mülki Aviasiya İdarəsinin müstəntiqlərinin iştirakı ilə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti