...

Antalyada avtobus qəzaya uğrayıb - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 1 Fevral 2026 13:25 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Antalya vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə vilayətin qubernatoru Hulusi Şahin deyib.

Onun sözlərinə görə, qəza nəticəsində səkkiz Türkiyə vətəndaşı həlak olub, 26 nəfər yaralanıb.

"Bu səhər, təxminən saat 10:20-də Antalyanın Döşemealtı rayonunda avtobus döngəni keçə bilməyərək xəndəyə aşdı. Təəssüf ki, səkkiz vətəndaşımız həlak oldu, daha 26 nəfər yaralandı", - deyə o bildirib.

Onun sözlərinə görə, ölənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. O qeyd edib ki, "yaralılar arasında ağır vəziyyətdə olanlar var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti