Bakı. Trend:
Tehran Vaşinqtonun müəyyən güzəştlərə getməsi müqabilində uranın zənginləşdirilməsi səviyyəsini 60 faizdən 20 faizə endirməyə hazırdır.
Trend xəbər verir ki, bunu İranın Ali Lideri Ayətulla Seyid Əli Xameneinin müşaviri Əli Şamxani bildirib.
Onun sözlərinə görə, əgər qarşı tərəfdə narahatlıq varsa, zənginləşdirmə səviyyəsinin 60 faizdən 20 faizə endirilməsi mümkündür.
Şamxani eyni zamanda vurğulayıb ki, ABŞ tərəfindən hər hansı hərbi təcavüz baş verərsə, İsrail İran üçün legitim hədəfə çevriləcək.
O bildirib ki, Amerika zərbə endirəcəyi təqdirdə İsrail mütləq bu prosesdə iştirak edəcək və İranın cavabı mütənasib olacaq. Şamxani əlavə edib ki, cavab tədbirlərinin miqyası qarşı tərəfin atacağı addımlardan asılı olacaq.