Bakı. Trend:
ABŞ-yə məxsus "MQ-4C Triton" uzunmənzilli elektron müşahidə pilotsuz uçuş aparatı İranın cənub-şərq sahillərində bir neçə saatlıq uçuş həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə "Flightradar24" xidməti bildirib.
Pilotsuz uçuş aparatı Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Dəfra hava bazasından buraxılıb və İran yaxınlığındakı Oman körfəzindəki beynəlxalq sular üzərində bir neçə saat uçub.