...

"Arik Air" şirkətinə məxsus təyyarə tək mühərriklə Benində fövqəladə eniş etdi (VİDEO)

Dünya xəbərləri Materials 13 Fevral 2026 17:49 (UTC +04:00)
"Arik Air" şirkətinə məxsus təyyarə tək mühərriklə Benində fövqəladə eniş etdi (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nigeriyanın Laqos şəhərindən Port-Harkort şəhərinə uçan “Arik Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi havada mühərrikin sıradan çıxması səbəbindən fövqəladə eniş edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Hadisə uçuşdan qısa müddət sonra baş verib. Göyərtəsində 80 sərnişin olan “Boeing 737” tipli təyyarə güclü partlama səsindən sonra sol mühərrikini itirib. Ekipaj dərhal fövqəladə prosedurların icrasına başlayıb.

Təyyarə işlək vəziyyətdə qalan bir mühərriklə uçuşu davam etdirərək Benində təhlükəsiz eniş edib. İlkin məlumata görə, sərnişinlər və heyət üzvləri arasında xəsarət alan olmayıb.

"Metro" nəşri hadisə anı ilə bağlı görüntü yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti