...

Kubada neft emalı zavodunda yanğın oldu

Dünya xəbərləri Materials 14 Fevral 2026 06:45 (UTC +04:00)

Bakı. Trend:

Ciddi yanacaq böhranı olan Kubanın paytaxtındakı neft emalı zavodunda yanğın baş verib.

Trend xəbər verir ki, Niko Lopez neft emalı zavodunda yayılan tüstü şəhərin uzaq məhəllələrindən də görünüb. Lakin tüstünün intensivliyi qısa müddət sonra azalıb. Enerji Nazirliyi yanğının qısa müddətdə nəzarət altına alındığını bildirib. Yanğının müəssisənin işinə təsiri barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti