Bakı. Trend:
Yaponiyada 20 yaşlı gənc üç yeniyetməyə bıçaq xəsarətləri yetirib, onlardan biri dünyasını dəyişib.
Trend xəbər verir ki, bu barədə "Kyodo" agentliyi yerli polisə istinadən məlumat yayıb.
Bildirilib ki, insident Osakanın mərkəzindəki turistik Dotonbori rayonunda baş verib. Hücum edən şəxs və qurbanları tanış olublar, insidentdən az əvvəl onların arasında münaqişə yaranıb və bu, əlbəyaxa davaya çevrilib.
Hadisə nəticəsində hər üç yeniyetmə bıçaq xəsarətləri alıb, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
"Nara prefekturasının polisi hadisə yerindən qaçan 20 yaşlarında bir kişini həbs edib", - deyə nəşr qeyd edib.
Faktla bağlı araşdırma aparılır.
