...

AB Üçlüyünün nümayəndə heyətinin rəhbəri: Biz Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıyıq

Dünya xəbərləri Materials 20 Aprel 2006 15:01 (UTC +04:00)

Aprelin 20-də Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bildirib ki, "Avropa Birliyi Ermənistanda demokratik institutların inkişafını diqqətlə izləyir".

Mediamaks agentliyinin xəbər verdiyi kimi, Vardan Oskanyan qeyd edib ki, AB Üçlüyünün nümayəndə heyətinə rəhbərlik edən Avstriya XİN-in dövlət katibi Hans Vinklerlə /Hans Winkler/ görüşdə əsas diqqət 2007-2008-ci illərdə Ermənistanda parlament və prezident seçkiləri ilə bağlı məsələlərə yönəldilib.

Ermənistanın XİN başçısı bildirib ki, Üçlüyün nümayəndə heyəti ilə görüşündə həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər də müzakirə olunub. "Mən Ermənistanın mövqeyini bildirdim. Biz, həmçinin, yaxın gün və həftələr ərzində danışıqlar prosesində mümkün inkişafla bağlı fikir mübadiləsi aparmışıq", - deyə Vardan Oskanyan vurğulayıb.

Nazirin sözlərinə görə, nümayəndə heyəti ilə həm də Ermənistan-Türkiyə münasibətləri, enerji təhlükəsizliyi ilə bağlı məsələlər, o cümlədən İran ətrafında yaranmış vəziyyət müzakirə mövzusu olub.

H.Vinkler qarşıdakı parlament və prezident seçkilərində "tərəqqinin təmin olunacağına" ümid etdiyini vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Avstriya XİN-in dövlət katibi bildirib ki, AB bu problemin tezliklə həllində maraqlıdır. "Biz nizamlama prosesinə istənilən lazımi yardım göstərməyə hazırıq", - deyə H.Vinkler qeyd edib.

Xəbər lenti

Xəbər lenti