...

Yaponiya imperatoru xəstələnib və bir sıra dövlət işlərinin icrasını təxirə salıb

Dünya xəbərləri Materials 25 Aprel 2006 15:23 (UTC +04:00)

Yaponiya imperatoru Akixito xəstələnib və bir sıra dövlət işlərinin icrasını təxirə salıb. Bu gün Tokioda rəsmən elan edilib ki, 72 yaşlı monarxın qızdırması qalxıb, lakin diaqnoz hələ dəqiqləşdirilməyib.

İmperator Akixito 2003-cü ildə prostat vəzinin xərçəngindən əməliyyat olunub. Həmin vaxtdan bəri o, hormonal müalicə kursu keçir.

Yapon imperatorlarının sülaləsi dünyada ən qədim sülalədir. Hazırkı konstitusiyaya görə, real səlahiyyətlərə malik olmayan monarx dövlətin və xalqın birliyinin rəmzi statusuna malikdir. O, əsasən mötəbər funksiyaları həyata keçirir və yüksək xarici qonaqları qəbul edir. Bu barədəd İTAR-TASS məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti