...

Putin MDB Antiterror Mərkəzinin Rusiya ərazisində fəaliyyət göstərməsi şərtlərini təsdiq edib

Dünya xəbərləri Materials 5 May 2006 15:55 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin RF hökuməti və MDB arasında birlik dövlətlərinin Antiterror Mərkəzinin federasiya ərazisində fəaliyyət göstərməsi şərtlərinə dair sazişin ratifikasiyası haqqında federal qanunu imzalayıb. Bu barədə RF prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Trend in xəbər verdiyi kimi, bu sazişlə MDB antiterror mərkəzinin RF ərazisində fəaliyyət göstərməsi üçün uzunmüddətli hüquqi əsas yaradılır, mərkəzin hüquqi statusu və Rusiya hökumət orqanları ilə qarşılıqlı münasibətlər müəyyən edilir. Bu barədə İTAR-TASS xəbər verir.

Xəbər lenti

Xəbər lenti