ABŞ, Fransa və Almaniya İranı nüvə proqramından imtina etməyə məcbur etmək üçün sərt diplomatik tədbirlərin görülməsinin tərəfdarıdır.
Trend in xəbər verdiyi kimi, Fransa və Almaniya liderləri Jak Şirak və Angela Merkel hesab edir ki, BMT-nin Təhlükəsizlik Şurası Tehranı uranın zənginləşdirilməsini dayandırmağa məcbur edən qətnamə qəbul etməlidir.
Mayın 8-də Nyu-Yorkda BMT TŞ-nin daimi üzvü olan ölkələrin xarici işlər nazirləri qətnamənin layihəsini müzakirə edir.
Rusiya və Çin sənədin İrana qarşı sanksiyaların tətbiq edilməsinə yol açmasına qarşı çıxış edir. Bu barədə Svobodanews xəbər verir.