...

Altı eşelon rus hərbi texnikası Gürcüstandan Ermənistana yola salınacaq

Dünya xəbərləri Materials 17 May 2006 14:12 (UTC +04:00)

Rusiya Gürcüstandan çıxarılan hərbi texnikasını və digər əmlakını Ermənistandakı hərbi bazalara yola salmağa hazırlaşır.

"12-ci hərbi bazanın dislokasiya olunduğu Batumidən 2006-cı ildə 6 dəmiryolu qatarı ilə texnika və digər əmlak Ermənistanın Gümri şəhərində komrlektləşdirilmiş Rusiyanın 102-ci bazasına göndəriləcək ", - quru qoşunları baş komandanının köməkçisi, polkovnik İqor Konaşenkov telefonla Batumidən "İnterfaks-AVN" agentliyinə məlumat verib.

Trend in məlumatına görə, o bildirib ki, Batumidən Gümrüyə ilk eşelon mayın 25-də yola salınacaq.

12-ci bazadakı texnika və silahların bir hissəsi Rusiyaya 2005-ci ildə dəniz yolu ilə yola salınıb. Bu barədə İnterfaks-AVN xəbər verib.

Xəbər lenti

Xəbər lenti