Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Qazaxıstanı, onun fikrincə, söz azadlığını məhdudlaşdıran mətbuat haqqında qanuna dəyişiklik etməməyə çağırıb.
Trend in "SvobodaNews"-a istinadən verdiyi xəbərə görə, dəyişikliklərdə nəşriyyat biznesində kiçik dəyişikliklərin olması zamanı məcburi şəkildə yenidən qeydiyyatdan keçmə və qanun pozuntusuna görə yüksək cərimə nəzərdə tutulub. Əgər nəşriyyat məhkəmə qaydasında bağlanıbsa, redaktora yeni nəşriyyat işinə başlamaq qadağan olunur.
Qazaxıstanın hökümət orqanları bildirirlər ki, qanunda edilən dəyişikliklər kütləvi informasiya vasitələrinə inamın artmasına səbəb olur.