...

İyulun 9-da AŞ-nin insan haqları üzrə yeni ali komissarı Gürcüstana gələcək

Dünya xəbərləri Materials 5 İyul 2006 13:56 (UTC +04:00)

Avropa Şurasının insan haqları üzrə yeni ali komissarı Mişel Haqberq Gürcüstan parlamentinin insan haqları və vətəndaşların inteqrasiyası komitəsinin sədri Elene Tevdoradzenin təklifi ilə iyulun 9-da bu ölkəyə səfər edəcək. Bu barədə KAVKAZ-PRESS-ə Gürcüstan parlamentindən məlumat verilib.

Trend in xəbər verdiyi kimi, Haqberq yerlərdə insan hüquqlarının pozulması vəziyyəti ilə tanış olmaq üçün münaqişə zonalarına baş çəkməyi planlaşdırır. O, 6 saylı Rustavi koloniyası və 5 saylı Tiflis istintaq təcridxanasında da olacaq.

Ali komissarın Gürcüstan Ali Məhkəməsinin sədri Konstantin Kublaşvili, parlamentdə hakim və müxalifət, QHT nümayəndələri və parlamentin ərazi bütövlüyü üzrə müvəqqəti komissiyasının sədri Şota Malaşxiya ilə görüşləri planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti