Sony şirkəti fərdi kompüter üçün yeni formatlı diskə 50 HB məlumat və 1080i həlli HD-video yazmağa imkan verən Blu-Ray dayaqlı, yazan DVD-ötürücüsünü təqdim edib. Qurğu hazırda bazardakı ötürücülərdən ən ucuzudur.
Trend in xəbər verdiyi kimi, BWU-100A modeli standart 5,25 düym qabaritə malikdir. Ötürücü Blu-Ray formatlı film disklərinə baxmağa imkan verir, lakin PK-nın qrafik kartı bu halda HDCP (High Definition Content Protection) və AACS (Advanced Access Content System) kontentinin qoruma funksiyalarını dəstəkləməlidir.
Qurğu həmçinin DID-R, DID+R i CD-R/RW yazmağa imkan verir. Blu-Ray diskinin yazma sürəti 2x, DVD-8x təşkil edir, CD isə 24 tezlikdə yazılır.
BWU-100A qurğusunun dəyəri təxminən 750 ABŞ dolları təşkil edəcək, bu isə əvvəllər təqdim edilmiş BenQ BW1000, LG GBW-H10N i Pioneer BDR-101A analoji ötürücülərdən bir qədər ucuzdur.