2006-cı ilin yanvar-iyun aylarında kiçik, yardımçı müəssisələr, ev təsərrüfatı sektoru da daxil olmaqla, Qazaxıstanın sənaye müəssisələri tərəfindən 2944 mlrd. tenge məbləğində məhsul istehsal edilib. Bu, ötən ilin səviyyəsinə görə 105,1% təşkil edib.
Belə ki, bu dövr ərzində emaledici sənayedə artım 106,7%, elektrik enerjisinin, qaz və suyun istehsalat və paylaşdırılmasında - 106,3%, mədənçıxarma sənayesində isə 103,6% təşkil edib.
Trend in Kazinform-a istinadən verdiyi xəbərə görə, istehsalat həcminin artımı Qərbi Qazaxıstan (95,8%) və Atırau vilayətləri istisna olmaqla, respublikanın bütün bölgələrində müşahidə olunur.