...

Çinin kommersiya nazirinin müavini: Bu il Rusiyadan Çinə neft idxalı 15 mln tona qədər arta bilər

Dünya xəbərləri Materials 9 Avqust 2006 16:36 (UTC +04:00)

2006-cı ilin yekunlarına görə, Rusiyadan Çinə neft idxalı 15 mln tona qədər artırıla bilər. Bu barədə Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Yuy Quançjou Pekində internet konfransında bildirib.

Trend "İnterfaks"a istinadən xəbər verir ki, 2005-ci ildə Rusiya neftinin Çinə idxalı 12,78 mln tona çatıb. 2005-ci ildə ÇXR-ya idxal olunan ümumi neftin həcmində Rusiya neftinin çəkisi 10,1% təşkil edib.

Y.Quançjounun dediyi kimi, Rusiyadan Çinə neft kəmərinin çəkilməsi Rusiya neftinin ÇXR-ya idxal həcmini 30 mln tona çatdırmağa imkan verəcək.

Nazir müavinin sözlərinə görə, 2006-cı ilin iyuluna olan vəziyyətə görə Çin Rusiyada ümumi həcmi $1,34 mlrd. olan 7 layihəyə investisiya yatırıb. O bəyan edib ki, 2020-ci ilə qədər Rusiyada Çin investisiyalarının $12 mlrd-a çatdırılması kimi qoyulan məqsədə nail olunacaq.

Rusiya şirkətləri Çinə $570 mln vəsait yatırıb.

Xəbər lenti

Xəbər lenti