...

Ukrayna Adigenidə yanğının söndürülməsi üçün iki təyyarə göndərib

Dünya xəbərləri Materials 18 Avqust 2006 17:23 (UTC +04:00)

Ukrayna Adigenidə (Samsxe-Cavaxeti regionu) yanğının söndürülməsi üçün iki təyyarə göndərib. Daxili İşlər Nazirliyindən Kavkaz-press-ə verilən məlumata görə, hazırda yanacaq ehtiyatı və yanğınsöndürən mayeyə malik təyyarələr havadadır.

Ukrayna özü Gürcüstana kömək etmək istəyini bildirib. Ukraynanın iki təyyarəsindən başqa, yanğının söndürülməsində Gürcüstan xidmətlərinə Türkiyənin 6 təyyarəsi də kömək edəcək. Bu təyyarələr səhər tezdən Abastumaninin meşə massivləri üzərində uçur.

Trend in xəbər verdiyi kimi, o da qeyd olunur ki, dünən Gürcüstan Rusiyanın analoji köməyindən imtina edib.

Xəbər lenti

Xəbər lenti