...

Çeçenistan prezidenti respublikanın adını dəyişdirmək niyyətində olduğunu bəyan edib

Dünya xəbərləri Materials 4 Sentyabr 2006 15:21 (UTC +04:00)

Ola bilsin ki, tezliklə Çeçenistan başqa cür adlandırılsın. Bu barədə Çeçenistan Respublikasının prezidenti Alu Alxanov "Exo Moskvı" radiostansiyasının efirində bəyan edib. "Biz bununla bağlı müvafiq tapşırıq vermişik və mütəxəssislərimiz bu istiqamədə işləyəcək", - deyə A.Alxanov bildirib.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, onun sözlərinə görə, respublikanın adının dəyişdirilməsinə səbəb Çeçenistan adının yaxşı səslənməməsi ilə əlaqədardır.

""Çeçenistan" sözü respublika sakinləri tərəfindən qısaldılmış fraza kimi qavranılır. Biz bu frazaya alışmamışıq ", - deyə respublika prezidenti qeyd edib. "Əgər xalqın adına əsaslansaq, biz noxçilərik. Respublikanın başqa adı olmalıdır", - deyə A.Alxanov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti