...

İran prezidenti Roma Papasının sözlərinin təhrif olunmasından təəssüfləndiyini bildirib

Dünya xəbərləri Materials 19 Sentyabr 2006 11:07 (UTC +04:00)

Bazar ertəsi İran prezidenti Mahmud Əhmədinecad Roma Papasının sözlərinin təhrif olunmasından təəssüfləndiyini bildirib. Venesuelanın paytaxtından Nyu-Yorka yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandıran Mahmud Əhmədinecad bildirib ki, "Roma Papasının sözləri təhrif olunub" və bu, müsəlman dünyasında məlum mənfi nəticələrə gətirib çıxarıb. "Biz Roma Papasına hörmət edirik", - deyə İran prezidenti vurğulayıb. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Mahmud Əhmədinecad qeyd edib ki, hansı dinə mənsub olmasından asılı olmayaraq, həqiqi möminlər sülhə və ədalətə can atır və İsa peyğəmbər məhz bu dəyərləri təbliğ edib. "Əgər müsəlmanlar, xristianlar, yəhudilər həqiqətən də Allahın qoyduğu qayda-qanunlara əməl edirlərsə, deməli, onlar qardaşlıq dünyasının da tərəfdarlarıdır", - deyə İran lideri bildirib.

Xəbər lenti

Xəbər lenti