Viza rejimini pozduqlarına görə Moskvada saxlanılmış iki Gürcüstan vətəndaşı artıq vətənə deportasiya olunublar. Bunlar Qriqol Pantsxava və Leri Kartsidzedir. Bu barədə Trend xəbər verir.
Gürcüstanın RF-dəki konsulu Zurab Pataradze "Novosti-Qruziya"ya xəbər verib ki, onlar artıq Bakıya uçublar, oradan isə Tbilisiyə yola düşəcəklər.
Əvvəllər saxlanmış 13 Gürcüstan vətəndaşına gəlincə isə, konsulun sözlərinə görə, yəqin ki, onların bir hissəsi oktyabrın 4-də həmin maşrutla Tbilisiyə deportasiya olunacaqlar.