...

Türkiyə Fransa parlamentinin "ermənilərin soyqımı"nı tanımayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qanun layihəsindən narahatdır

Dünya xəbərləri Materials 9 Oktyabr 2006 10:49 (UTC +04:00)

Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan "ermənilərin soyqırımı"nı tanımayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qanun layihəsinin Fransa parlamentinin müzakirəsinə təkrar çıxarılması ilə bağlı ölkə hökumətinin "narahatlığını" ifadə edib.

Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, Türkiyə hökuməti başçısının fikrincə, bu, "ağıl, məntiq və hüquqi nöqteyi-nəzərindən" anlaşılmaz təklifdir.

O, belə düzəlişin qəbul edilməsinin ölkələr arasında siyasi və ticari əlaqələrə ziyan vura biləcəyindən ehtiyatlandığını bildirib. Baş nazir bu mövzunun "daxili siyasi mübarizədə vasitə kimi" istifadə edilməsini pis təşəbbüs adlandırıb.

R.T.Ərdoğanın fikrincə, "soyqırım problemi" ilk növbədə, Türkiyə və Ermənistanın öz problemidir və üçüncü ölkələr bu məsələyə qarışmamalıdır.

Xəbər lenti

Xəbər lenti