...

Ukraynanın xarici işlər naziri Minskdə MDB ölkələri XİN başçıları Şurasının iclasında iştirak etməyəcək

Dünya xəbərləri Materials 16 Oktyabr 2006 14:04 (UTC +04:00)

Ukraynanın xarici işlər naziri Boris Tarasyuk Minskdə MDB ölkələri XİN başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusa səfərini təxirə salıb.

Trend in Kiyevdəki xüsusi müxbirinin məlumatına görə, Ukrayna XİN-in mətbuat xidməti bildirir ki, səfər nazirin iş qrafikində edilmiş dəyişikliklərlə əlaqədar təxirə salınıb.

İclasda B.Tarasyukun yerinə Ukrayna xarici işlər nazirinin müavini Vladimir Oqrızko iştirak edəcək.

Bundan başqa V.Oqrızko Belarus prezidenti Aleksandr Lukaşenkonun MDB XİN başçıları Şurasının nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə də iştirak edəcək.

Bu gün Şuranın iclasında 15 sənədin imzalanması planlaşdırılır. Artıq iştirakçı dövlətlərdə müzakirə olunmuş və ekspertlərin iclaslarında razılaşdırılmış 15 sənədin müzakirə edilmədən imzalanması nəzərdə tutulur.

İclasın gündəliyinə 20 məsələ daxil edilib. Xüsusilə 5 sənəd, o cümlədən Ukraynanın irəli sürdüyü, MDB iştirakçı dövlət başçılarının qanunsuz miqrasiya ilə mübarizədə əməkdaşlığın intensivləşdirilməsinə dair bəyanatının layihəsi müzakirəyə çıxarılır.

Xəbər lenti

Xəbər lenti