...

İordaniyanın baş naziri Qazaxıstana rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 6 Noyabr 2006 13:20 (UTC +04:00)

Noyabrın 8-10-da İordaniya Haşimit Krallığının baş naziri Maaruf Baxit Qazaxıstana rəsmi səfər edəcək. Bu barədə Astanada bugünkü ənənəvi mətbuat brifinqində QR XİN -in rəsmi nümayəndəsi Yerjan Aşikbayev jurnalistlərə məlumat verib.

XİN nümayəndəsinin qeyd etdiyi kimi, İordaniyanın hökümət başçısını xarici işlər, sənaye və ticarət, nəqliyyat, energetika, planlaşdırma və beynəlxalq əməkdaşlıq nazirləri müşayiət edəcək.

"İkitərəfli danışıqların gündəliyinə iki ölkənin əməkdaşlıq məsələləri, o cümlədən İordaniya kralı II Abdullanın 2005-ci ilin noyabr ayında Qazaxıstana rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların reallaşdırılması, eləcə də qarşılıqlı maraq doğuran aktual beynəlxalq və regional problemlər daxildir", - deyə diplomat bildirib.

Trend gazeta.kz saytına istinadən xəbər verir ki, səfər çərçivəsində İordaniya nazirləri Qazaxıstan həmkarları ilə ikitərəfli danışıqlar aparacaq. "Həmçinin iki ölkənin Ticarət-Sənaye palataları arasında əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır", - deyə XİN nümayəndəsi əlavə edib.

Xəbər lenti

Xəbər lenti