...

Yaponiya məhkəmələri 2006-cı ildə rekord sayda ölüm hökmü çıxarıblar

Dünya xəbərləri Materials 29 Dekabr 2006 11:36 (UTC +04:00)

2006-cı ildə Yaponiya məhkəmələri 44 ölüm hökmü çıxarıb, bu isə son 25 il ərzində ən yüksək göstərici olub.

Cümə günü Ədliyyə Nazirliyinin nümayəndəsinin verdiyi xəbərə görə, hazırda həbsxanalarda 94 məhkumun edam olunacağını gözləyirlər. Bu, müharibə vaxtlarından sonrakı bütün dövrdə olduğundan çoxdur.

Nazirliyin fikrincə, artımın səbəbi, bir tərəfdən, varlı və yoxsullar arasında fərqin artması, cəmiyyətdə əxlaq səviyyəsinin ümumi azalması, digər tərəfdən isə məhkəmələrin ciddi və ağır cinayətlərə qarşı sərtləşməsidir. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Yaponiyada edam dar ağacına çəkilməklə həyata keçirilir. Bir qayda olaraq, ölüm hökmü çıxarılandan və onun həyata keçirilməsinə qədər ən azı üç il keçir.

Xəbər lenti

Xəbər lenti