...

Kaliforniyada "Armenian Town"nun tikintisi dayandırılıb

Dünya xəbərləri Materials 11 Yanvar 2007 11:28 (UTC +04:00)

Amerikanın Kaliforniya ştatında yaşayan ermənilər Santa Klara rayonunda "Armenian Town" adlı yeni yaşayış məntəqəsinin tikintisinə başlayıblarmış.

Trend in Ankara müxbiri xəbər verir ki, erməni biznesmenlərinin vəsaiti hesabına artıq ilk evin əsası da qoyulubmuş. Yerli diasporun köməyi ilə həmçinin kilsə, mədəniyyət mərkəzi və digər obyektlərin tikintisi nəzərdə tutulubmuş. Lakin bu rayon ərazisində yaşayan qeyri-erməni millətindən olan əksər əhalinin çoxsaylı şikayətləri əsasında aparılan məhkəmə tədqiqatından sonra "Armenian Town"nun tikintisi dayandırılıb.

Xəbər lenti

Xəbər lenti